Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Pakistana səfərə gedib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Pakistana səfərə gedib

16:53 - 26 / 11 / 2018
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Pakistana səfərə gedib

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan nümayəndə heyəti noyabrın 27-dən 30-dək Karaçi şəhərində keçiriləcək “İDEAS-2018” 10-cu beynəlxalq müdafiə sərgisi və seminarında iştirak edəcək.

S.Xankişiyeva

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər