Şentop Mustafa: Biz ancaq Azərbaycanın razı olacağı hər hansı bir addımı atarıq | 1news.az | Xəbərlər
Siyasət

Şentop Mustafa: Biz ancaq Azərbaycanın razı olacağı hər hansı bir addımı atarıq

10:27 - 26 / 11 / 2018
Şentop Mustafa: Biz ancaq Azərbaycanın razı olacağı hər hansı bir addımı atarıq

Türkiyə Dağlıq Qarabağ məsələsində əvvəldən Azərbaycanın yanında yer almaqda və onu dəstəkləməkdədir.

Bunu 1news.az-a Türkiyə Böyük Millət Məclisinin sədr müavini Şentop Mustafa Ermənistanın yük maşınlarının Türkiyə ərazisindən keçməsi barədı məlumatlara münasibət bildirərkən deyib. deyib. Onun sözlərinə görə, Türkiyə Azırbaycanı narahat edəcək heç bir addım atmaz və atmayacaq:

“Prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı qardaşlıq əlaqələri də bu baxımdan önəmlidir. Biz ancaq Azərbaycanın razı olacağı hər hansı bir addımı atarıq. Bu məsələdə heç kimin bir tərəddüdü olmasın”.

Ş.Mustafa bu cür xəbərlərin zaman-zaman mediada yer aldığını deyərək əlavə edib ki, Ermənistanı sevənlər belə məlumatlar yayırlar və yaymaqda, uydurmaqda davam edəcəklər:

“Ermənistan Azərbaycanla insani, sülhsevər, hüququn aliliyinə əsaslanan, müasir bir dövlətə yaraşan əlaqə qurmalı, Dağlıq Qarabağdakı işğalına son qoymalıdır. Doğru yol budur. Qarabağ Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpağıdır. Bu işğal məsələsində təkcə Azərbaycan, Türkiyə deyil, bölgədə sülhə üstünlük verən hər bir dövlət qərarlı olmalıdır. Hər kəs beynəlxalq hüquqa, sərhədlərin toxunulmazlığına, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət göstərməlidir”.

P.Sultanova

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər