Tahir Salahov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Tahir Salahov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

09:44 - 29 / 11 / 2018
Tahir Salahov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev T.T.Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Teymur oğlu Salahov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

S.Xankişiyeva

 

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər