Putin Xalq rəssamı Tahir Salahovu təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Putin Xalq rəssamı Tahir Salahovu təbrik edib

11:48 - 29 / 11 / 2018
Putin Xalq rəssamı Tahir Salahovu təbrik edib

Rusiya Prezidenti Vladimir Putin SSRİ, RF və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, təbrikdə bildirilir:

"Siz nadir istedada və böyük yaradıcılıq planlarına malik insan kimi tələbat olan rəssam və pedaqoqsunuz, parlaq və bacarıqlı tələbələr pleyadası yetişdirmisiniz".

Qeyd olunur ki, T.Salahov müxtəlif planlı, maraqlı sərgi və bərpa layihələrinin reallaşmasına böyük şəxsi töhfə verib.

Prezident Xalq rəssamına cansağlığı və müvəffəqiyyətlər arzulayıb.

S.Xankişiyeva

 

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər