“Yandex” Azərbaycanla bağlı yol verdiyi səhvi düzəltdi - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Yandex” Azərbaycanla bağlı yol verdiyi səhvi düzəltdi - VİDEO

16:29 - 30 / 11 / 2018
“Yandex” Azərbaycanla bağlı yol verdiyi səhvi düzəltdi - VİDEO

Rusiyanın “Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

1news.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  məlumat yayıb.

Məlumatda deyilir ki, nazirliyin Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdıraraq, müvafiq ölçü götürülməsi üçün “Yandex” şirkətinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

Məktubda ölkəmiz və xalqımızla bağlı ətraflı məlumatlar da təqdim edilib.

Qeyd olunan faktla bağlı “Yandex” şirkətinin rəhbərliyi nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb.

Xatırladaq ki, həmin tətbiqdə “azərbaycanlılar kimlərdir?” sualının cavabı “Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub”, - formasında qeyd edilib. 

1news.az

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər