Azad Rəhimov: FIG-in 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov: FIG-in 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir

16:30 - 02 / 12 / 2018
Azad Rəhimov: FIG-in 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir.

Bu sözləri dekabrın 2-də jurnalistlərə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, gimnastika üçün çox vacib olan bu tədbirin Bakıda keçirilməsi sevindirici haldır. Gördüyünüz kimi, bütün işlər yüksək səviyyədə təşkil olunub. Bütün tələb olunan məsələləri Azərbaycan Gimnastika Federasiyası müvəffəqiyyətlə həll edib və Konqres çox yüksək səviyyədə keçirilir. Mötəbər tədbirin Bakıda təşkil olunması təsadüfi deyil. Ona görə ki, son illər gimnastika ilə bağlı Azərbaycanda böyük nailiyyətlər əldə olunub, müasir infrastruktur yaradılıb, dünyanın vacib yarışları məhz ölkəmizdə keçirilir.

“Gimnastika idman növünə Azərbaycanda böyük maraq var. Böyük idman yarışlarından sonra valideynlər uşaqlarını idmana gətirib yazdırırlar. Bu da idmanın kütləviliyinə və inkişafına böyük töhfə verir”, - deyə A.Rəhimov vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə dekabrın 3-də yekun vurulacaq. FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

AZƏRTAC

Paylaş:
640

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyaları niyə uğurzsuz oldu? - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər