Bakıda Venesuelanın konsulluğu açılacaq

Gələn il Venesuelanın Bakıdakı səfirliyində konsulluq şöbəsinin açılması planlaşdırılır.
Bu barədə 1news.az-a müsahibəsində Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores deyib.
Onun sözlərinə görə, hazırda Venesuelaya səfər edən azərbaycanlılar vizanı Türkiyə və İrandakı diplomatik korpuslardan əldə edirlər.
“Gələn il Azərbaycanda səfirliyin konsulluq şöbəsinin açılmasını nəzərdə tutmuşuq. Bundan sonra azəbaycanlılar Bakıda viza əldə edə biləcəklər. Ümid edirəm ki, bu, Venesuelaya səfər edənlərin sayını da artıracaq”.
P.Sultanova
449