Nikolas Maduronun Bakıya səfəri gözlənilir | 1news.az | Xəbərlər
Siyasət

Nikolas Maduronun Bakıya səfəri gözlənilir

11:14 - 03 / 12 / 2018
Nikolas Maduronun Bakıya səfəri gözlənilir

Gələn il Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana səfəri planlaşdırılır.

Bu barədə 1news.az-a müsahibəsində Venesuelanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili  Pedro Argenis Sançes Flores deyib.

Onun sözlərinə görə, prezident Maduronun 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı gözlənilir.

Xatırladaq ki,  Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu çərçivədə gələn il Bakıda Zirvə görüşü olacaq.

Prezident Maduro daha əvvəl 2016-cı ildə Azərbaycanda səfərdə olub.

P.Sultanova

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər