Yunanıstanın XİN rəhbərinin müavini Bakıya gəlir

Yunanıstanın xarici işlər nazirinin müavini Markos Bolaris gələn həftə Azərbaycana səfər edəcək.
Bu barədə 1news.az Yunanıstanın Bakıdakı səfiri Nikolaos Kanellos məlumat verib.
Onun sözlərinə görə, Bolaris Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, iclas dekabrın 14-ü baş tutacaq.
P.Sultanova
466