Aşotyan: Məhkəmələr Paşinyanın qərarları ilə hərəkət edir | 1news.az | Xəbərlər
Ermənistan

Aşotyan: Məhkəmələr Paşinyanın qərarları ilə hərəkət edir

14:45 - 06 / 12 / 2018
Aşotyan: Məhkəmələr Paşinyanın qərarları ilə hərəkət edir

Sosial şəbəkələrdə yayılmış telefon danışıqlarının audio yazısından belə  başa düşdüm ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Nikol Paşinyandan daha çox dövləti üçün narahat olur.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

"Səsyazısının ikinci hissəsi Ermənistanda siyasi korrupsiyanın olmadığına, müstəqil məhkəmələrin mövcudluğuna dair hakimiyyəti spekulyasiya imkanlarından məhrum etdi”, Aşotyan deyib.

Əlavə edib ki, dərc edilmiş səsyazısı təhlükəsizlik orqanları rəhbərlərinin baş nazirin qərarlarını hakimlərə ötürməsini  bəlli etdi: 

"Bunlar siyasi qərarlardır. Bu siyasi qərarlar baş nazirin şəxsi maraqlarından və mövqeyindən irəli gələrək məhkəmə aktlarına çevrilir. Ermənistanda belə utancverici məhkəmələr barədə danışmaq qeyri-müəyyən səbəblərlə qadağandır. Bu səsyazısından bir nəticəyə gəldim. Hesab edirəm ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri daha çox dövlət düşüncəsinə malikdir və ehtimal ki, Nikol Paşinyandan daha yaxşı baş nazir ola bilər”.

P.Sultanova

 

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər