Koçaryan səsvermədə iştirak edə bilər - Vəkil | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan səsvermədə iştirak edə bilər - Vəkil

17:00 - 06 / 12 / 2018
Koçaryan səsvermədə iştirak edə bilər - Vəkil

Ermənistanın ikinci prezidenti Robert Koçaryan səsvermə prosesində iştirak edə bilər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Koçaryanın vəkili Hayk Alumyan bildirib.

"Hesab edirəm ki, Koçaryan seçkilərdə səsvermədə iştirak edə bilər, biz texniki hissəni təmin edə bilərik. Ancaq məsələ onun iştirak etməyi istəyib istəməməsindədir. Bunu şərh edə bilmirəm ", sabiq prezidentin vəkili bildirib.

Qeyd edək ki, hələlik Koçaryana qarşı qeydiyyatda olduğu ərazini tərk etməməyə dair tədbir seçilib və onun şəxsiyyətini sübut edən sənədlər hüquq-mühafizə orqanlarının ixtiyarındadir. Ermənistanda seçicilər seçkilərdə səsvermə zamanı şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

P.Sultanova

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər