Elmar Məmmədyarov: XİN rəhbərləri arasında danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: XİN rəhbərləri arasında danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb

09:05 - 06 / 12 / 2018
Elmar Məmmədyarov: XİN rəhbərləri arasında danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

1news.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib:

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb".

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

1news.az-

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər