AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

14:18 - 07 / 12 / 2018
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

AFFA-dan 1news.az-a bildiriblər ki, iclasda Azərbaycan milli komandasının son bir il ərzində göstərdiyi nəticələr müzakirə olunacaq.

Bundan başqa, aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların lisenziyalaşdırılması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirə olunacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək.

1news.az

Paylaş:
735

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər