Koçaryan həbs ediləcək - Məhkəmə QƏRAR verdi | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan həbs ediləcək - Məhkəmə QƏRAR verdi

16:31 - 07 / 12 / 2018
Koçaryan həbs ediləcək - Məhkəmə QƏRAR verdi

Ermənistanın  Apellyasiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanın həbsi barədə qərar verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun vəkili Hayk Alumyan bildirib.

"Apellyasiya Məhkəməsi Koçaryanın həbsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Qərara əsasən Koçaryan həbs edilməlidir.  Qərarla bağlı etirazımızı bildirəcəyik", deyən vəkil Koçaryanın nə vaxt həbs ediləcəyi sualına cavab verməyib.

P.Sultanova

Paylaş:
799

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər