“Bomj” küçədən keçən şəxsi yük maşınının altına itələdi - VİDEO
Los-Ancelesin mərkəzində yerləşdirilmiş müşahidə kamerasına dəhşətli hadisənin görüntüləri əks olunub: səfil həyat tərzi sürən adam küçədən keçən şəxsi qəfil yolla hərəkətdə olan yük maşınının altına itələyib.
1news.az-ın məlumatına görə, Oxu.az Life.ru-ya istinadən xəbər verir ki, hadisə gündüz vaxtı baş verib.
İnsident nəticəsində 60 yaşlı şəxs ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Kadrlardan görünür ki, skamyada oturan səfil qəfil qurbanına tərəf qaçıb və onu itələyib. Bundan sonra o, yaralı şəxsin telefonunu götürərək aradan çıxıb.
Cinayətkar qısa zamanda yaxalanıb və ona qarşı sui-qəsdə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
1news.az
513