200-dən çox plastik əməliyyat keçirən qadının son istəyinə həkimlər “yox” dedi
Saysız-hesabsız plastik əməliyyat keçirən Piksi Foksun son istəyi həkimləri şoka salıb.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, bu günə qədər 200-dən çox plastik əməliyyat olunan Piksi "Botched Doctors” verilişinin qonağı olub. Məlum olub ki, nağıl qəhrəmanına oxşamaq istəyən 28 yaşlı Foksun son istəyinə həkimlər "yox” cavabını veriblər.
İstədiyi obraza oxşamaq üçün qabırğalarını çıxartdıran, gözünün rəngini də dəyişdirən Foks bu dəfə saçı ilə bağlı əməliyyat istəyib. Verilişdə qonaq olan Terri Dubrou və Pol Nassif adlı cərrahlar onun istəyini qəbul etməyiblər. Həkimlər bildiriblər ki, Foks artıq əməliyyat "xəstəsi”dir və əməliyyat olunmasa dayana bilmir, buna görə də ona rədd cavabı veriblər.
Foks ən təhlükəli çənə sümüyü əməliyyatı üçün Cənubi Koreyaya səfər edib. Seul şəhərindəki bir xəstəxananın həkimləri onun çənə sümüyünü qırıb istədiyi üz formasına salıblar.
Piksinin fikrinə əsasən, bu əməliyyat sayəsində sifəti daha kiçik, gözləri daha böyük görünəcək.
1news.az