Ermənistan hökumətində ciddi dəyişikliklər gözlənilir - NƏŞR

Dekabrın 9-da keçirilmiş erkən seçkilərdən sonra Ermənistan hökumətdə və parlamentində ciddi dəyişikliklər gözlənilir.
1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.
Məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bbaş nazirin biinci müavini vəzifəsində Artur Mirzoyanı əvəz edəcək.Mirzoyanın isə parlamentin spikeri təyin ediləcəyi gözlənlir.
Fövqəladə hallar naziri Feliks Tsolakyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyini nəzərdə tutulub.
Nəşr yazır ki, konstitusiyanın tələbi ilə vitse-spikerlərdən biri müxalifət nümayəndəsi olmalıdır. Bu dəfə "Çiçəklənən Ermənistanı" təmsil edən Mikael Melkumyan deyil, Naira Zöhrabyan bu postu tutacaq. Bu, Zöhrabyanın reytinq sistemində Melkumyandan üç dəfə çox səs qazanması ilə əsaslandırılır.
Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, erkən parlament seçkilərində iştirakçılıq faizi 48,63% təşkil edib. Üç qüvvə "Mənim addımım" -70.44%, "İşıqlı Ermənistan" - 6.37%, "Çiçəklənən Ermənistan" - 8.27% parlamentə daxil olub. Rəsmi olmayan məlumatlara görə, "Mənim addımım" bloku 88 mandat, “Çiçəklənən Ermənistan” 25, “İşıqlı Ermənistan” isə 18 mandat əldə edib.
P.Sultanova