“Liverpul”, PSJ və “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada | 1news.az | Xəbərlər
Futbol

“Liverpul”, PSJ və “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

09:23 - 12 / 12 / 2018
“Liverpul”, PSJ və “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, ilk oyun günündə 8 görüş keçirilib.

A qrupunda "Borussiya" (Dortmund) və "Atletiko" 1/8 finala, "Brügge" isə Avroliqaya vəsiqəni əvvəlcədən təmin etdiyindən buradakı oyunlar heç nəyi dəyişməyib.

"Barselona"nın mərhələni keçdiyi B qrupudnda isə "Tottenhem" və Milan "İnter"i 2-ci yerin sahibi kimi pley-offa yüksəlməyə çalışırdı. "İnter" PSV, "Tottenhem" isə Kataloniya səfərində "Barsa" ilə 1:1 oynadığından London klubu 2-ci yerin sahibi kimi adını pley-offa yazdırıb. "İnter" isə Avropa Liqasına vəsiqə ilə kifayətlənib.

Günün maraqla gözlənilən qarşılaşması C qrupunda olub. "Liverpul" "Napoli" ilə münasibətlərinə aydınlıq gətirib. "Liverpul"u bu görüşdə yalnız qələbə qane edirdi. Liverpullular minimal hesabla qalib gəlməklə istəklərinə çatıblar. Qrupun digər matçında PSJ səfərdə "Srvena Zvezda"ya qalib gəlib. Yekunda PSJ və "Liverpul" növbəti mərhələyə yüksəlib, "Napoli" isə Avroliqaya yollanmaq məcburiyyətində qalıb.

Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında "Portu"nu qəbul edib. "Sarı-qırmızılar" qələbə qazanacağı təqdirdə, Avropa Liqasına vəsiqəni təmin edəcəkdi. Lakin İstanbul klubu bu görüşdə məğlub olsa belə, Avroliqaya vəsiqəni təmin edib. Buna qrupun digər matçında "Lokomotiv"in "Şalke" ilə səfər oyunundan məğlub olması şərait yaradıb.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinə bu gün yekun vurulacaq.

Çempionlar Liqası qrup mərhələsi, 6-cı tur

11 dekabr

A qrupu

00:00. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2
Qollar:
 Rafael Gerreyro, 15 (0:1), 88 (0:2)

00:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

1.

Borusiya Dortmund

6

4

1

1

10:2

13

2.

Atletiko Madrid

6

4

1

1

9:6

13

3.

Brügge

6

1

3

2

6:5

6

4.

Monako

6

0

1

5

2:14

1



 B qrupu

00:00. "İnter" (İtaliya) - PSV (Eyndhoven, Hollandiya) - 1:1
Qollar:
 İrvinq Lozano, 13 (0:1), Mauro İkardi, 73 (1:1)

00:00. "Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1
Qollar:
 Usman Dembele, 7 (1:0), Lukas Moura, 85 (1:1)

1.

Barselona 

6

4

2

0

14:5

14

2.

Tottenhem

6

2

2

2

9:10

8

3.

İnter

6

2

2

2

6:7

8

4.

PSV

6

0

2

4

6:13

2



C qrupu

00:00. "Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa) - 1:4
Qollar:
 Edinson Kavani, 10 (0:1), Neymar, 40 (0:2), Marko Qobelyiç, 56 (1:2), Markinyoş, 74 (1:3), Kilyan Mbappe, 90+4 (1:4)

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:0
Qol:
 Məhəmməd Salah, 34

1.

PSJ

6

3

2

1

17:9

11

2.

Liverpul

6

3

0

3

9:7

9

3.

Napoli

6

2

3

1

7:5

9

4.

Srvena Svezda

6

1

1

4

5:17

4


D qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya) - 2:3
Qol: 
Felipe, 17 (0:1), Mareqa, 42 (0:2), Feqhuli, 45+1-pen.(1:2), Oliveira, 57 (1:3), Eren Derdiyok, 65 (2:3)

21:55. "Şalke" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:0
Qol:
 Alessandro Şyopf, 90

1.

Portu

6

5

1

0

15:6

16

2.

Şalke

6

3

2

1

6:4

11

3.

Qalatasaray

6

1

1

4

5:8

4

4.

Lokomotiv Moskva

6

1

0

5

4:12

3


12 dekabr

E qrupu

00:00. "Ayaks” (Hollandiya) - “Bavariya” (Almaniya)

00:00. “Benfika” (Portuqaliya) - AEK (Yunanıstan)

   

1.

Bavariya

5

4

1

0

12:2

13

2.

Ayaks

5

3

2

0

8:2

11

3.

Benfika

5

1

1

3

5:11

4

4.

AEK

5

0

0

5

2:12

0

 

F qrupu

00:00. “Mançester Siti” (İngiltərə) - “Hoffenhaym” (Almaniya)

00:00. “Şaxtyor” (Ukrayna) - “Lion” (Fransa) 

1.

Mançester Siti

5

3

1

1

14:5

10

2.

Lion

5

1

4

0

11:10

7

3.

Şaxtyor

5

1

2

2

7:15

5

4.

Hoffenhaym

5

0

3

2

10:12

3



G qrupu

21:55. "Real" (İspaniya) - SSKA (Moskva, Rusiya)

21:55. “Viktoriya” (Çexiya) - “Roma” (İtaliya)

1.

Real

5

4

0

1

12:2

12

2.

Roma

5

3

0

2

10:6

9

3.

Viktoriya

5

1

1

3

5:15

4

4.

SSKA

5

1

1

3

5:9

4


 
H qrupu

00:00. “Valensiya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

00:00. “Yanq Boyz” (İsveçrə) - "Yuventus” (İtaliya)

1.

Yuventus

5

4

0

1

8:2

12

2.

Mançester Yunayted

5

3

1

1

6:2

10

3.

Valensiya

5

1

2

2

4:5

5

4.

Yanq Boyz

5

0

1

4

2:11

1

 

1news.az

Paylaş:
658

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər