Ermənistanda qaz bahalaşacaq: bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda qaz bahalaşacaq: bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür

11:16 - 13 / 12 / 2018
Ermənistanda qaz bahalaşacaq: bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür

Ermənistanda qazın qiyməti bahalaşacaq.

1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.

Məumatda deyilir ki, Rusiya ilə qazın qiymətinə dair razılaşma 2018-ci il dekabrın 31-də başa çatır.

"Bizim məlumatımıza görə, hazırda Rusiya ilə qazın qiymətləri ilə bağlı yeni danışıqlar aparılmır. Böyük ehtimalla yanvarın 1-dən Rusiya Ermənistana qazı daha yüksək qiymətə satacaqdır ki, nəticədə istehlakçılara verilən qaz tarifləri də artacaq.

Erməni hakimiyyət orqanları Rusiya hakimiyyətini erməni cəmiyyətini düşünməməkdə ittiham etməyə başlayacaqlar. Ancaq biz bilirik ki, bunun üçün real məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır ".

P.Sultanova

Paylaş:
717

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər