ABŞ Senatın komitəsində Azərbaycan üzrə səfirlə bağlı səsvermə keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Senatın komitəsində Azərbaycan üzrə səfirlə bağlı səsvermə keçiriləcək

11:49 - 13 / 12 / 2018
ABŞ Senatın komitəsində Azərbaycan üzrə səfirlə bağlı səsvermə keçiriləcək

Dekabrın 13-də ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində Azərbaycan və Ermənistandakı səfir vəzifələrinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə komitənin rəsmi saytı məlumat yayıb.

Earle Litzenberger  ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə  namizəddirlər.

Onların komitədə namizədlikləri təsdiqləndiyi halda, son dinləmələr Senatda keçiriləcək.

Xatırladaq ki, Earle Litzenberger daha əvvəl Almaniya Marşal Fondunda, ABŞ-ın NATO-dakı missiyasında, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəliyində, ölkəsinin Serbiyadakı,  Qırğızıstandakı səfirliklərində çalışıb. ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir.

Fransız, rus, serb və bolqar dillərini bilir.

Bir müddət əvvəl Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədlə bağlı səsvermənin təxirə salındığını iddia etmişdi.  

1news.az 

 

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər