ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi

09:23 - 14 / 12 / 2018
ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi

ABŞ Senatı ölkənin Azərbaycandakı səfiri vəzifəsinə İrli Litsüenberqerin namizədliyini təsdiq edib.

1news.az xəbər verir ki, onun namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

Xatırladaq ki, Earle Litzenberger daha əvvəl Almaniya Marşal Fondunda, ABŞ-ın NATO-dakı missiyasında, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəliyində, ölkəsinin Serbiyadakı,  Qırğızıstandakı səfirliklərində çalışıb.

Fransız, rus, serb və bolqar dillərini bilir.

Bir müddət əvvəl Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədlə bağlı səsvermənin təxirə salındığını iddia etmişdi.  

1news.az

 

Paylaş:
834

Son xəbərlər

Bütün xəbərlər