Ermənistan məhkəməsi rusiyalı hərbiçini həbs edib
Ermənistanın Şirak rayon məhkəməsi Gümrüdəki Rusiya hərbi bazasının əsgərinin həbs edilməsi barədə qərar qəbul edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, rusiyalı hərbçi yerli sakin olan bir qadını döyərək öldürməsində şübhəli bilinir.
Hadisə, dekabrın 3-də Gümrü şəhərinin Slobodka rayonunda baş verib. Qapıçı işləyən 57 yaşlı qadın döyülmə nəticəsində aldığı ağır xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
P.Sultanova
514