Etiraz aksiyalarının Fransaya vurduğu ziyanın həcmi açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Etiraz aksiyalarının Fransaya vurduğu ziyanın həcmi açıqlanıb

10:42 - 17 / 12 / 2018
Etiraz aksiyalarının Fransaya vurduğu ziyanın həcmi açıqlanıb

Fransada "sarı jilet" adlı etiraz aksiyalarının ölkəyə vurduğu ziyanın həcmi açıqlanıb.

1news.az  xəbər verir ki, baş naziri Eduar Filipp etirazlar nəticəsində dəyən zərərin ölkə büdcəsinə 10 milyard avroya başa gələcəyini bildirib.

Bu məbləğə "sarı jilet"lilərin fəaliyyətindən yaranan zərər və onlara qarşı bir sıra güzəştlər daxildir.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu hərəkat "sarı jilet" adlandırılıb.

1news.az

 

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər