Joze Mourinyo istefaya göndərilib | 1news.az | Xəbərlər
İdman

Joze Mourinyo istefaya göndərilib

14:20 - 18 / 12 / 2018
Joze Mourinyo istefaya göndərilib

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo istefaya göndərilib.

Bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib.

Portuqaliyalı mütəxəssis 2016-ci ildən “qırmızı şeytan”ların baş məşqçisi vəzifəsində çalışır. “Mançester Yunayted” 55 yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanıb. Klub, həmçinin ötən il UEFA Avropa Liqasının çempionu olub.

AZƏRTAC

S.Xankişiyeva

 

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər