Ermənistan ordusunda özbaşnalıq artır: daha bir əsgər güllələnib
Ermənistan ordusunun daha bir əsgəri ağır güllə yarası alıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində baş verib.
19 yaşlı Andranik Hovhannisyan başından güllə yarası alıb. Erməni hərbçi ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın işğal edilmiş ərazilərində 1999-cu il təvəllüdlü Rafiq Vaqanyan gözündən güllə yarası alıb. O, hərbi hospitala yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.
P.Sultanova
517