Prezident: Qırğızıstan KTMT baş katibi vəzifəsində Belarusun namizədini dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Qırğızıstan KTMT baş katibi vəzifəsində Belarusun namizədini dəstəkləyir

12:42 - 19 / 12 / 2018
Prezident: Qırğızıstan KTMT baş katibi vəzifəsində Belarusun namizədini dəstəkləyir

Qırğızıstan KTMT baş katibi vəzifəsinə Belarusun Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zasyanın təyin edilməsini dəstəkləyir.

1news.az “İnterfax”a istinadla xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sooronbay Jeenbekov deyib.

"Bu il KTMT-yə sədrlik Qırğızıstana keçdi, mən artıq Belarusun Təhlükəsizlik Şurasının katibini qəbul etdim, biz danışdıq və qərara imza atdım", - deyə prezident mətbuat konfransında bildirib.

Qırğızıstan lideri əlavə edib: “Hesab edirəm ki, KTMT kimi vacib və lazımlı təşkilatı baş katibsiz qoymalı deyilik”.

P.Sultanova

 

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər