Paşinyan Moskvaya gedir - Putin açıqladı
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya səfər edəcək.
1news.az xəbər verir ki, bu barədə “böyük” mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin deyib ki, Rusiya ilə Ermənistan arasında münbit bir əlaqələr var və münasibətlər çökməyib ki, onu bərpa edək:
“Ermənistan bizim regionda və dünyada strateji müttəfiqimizdir, KTMT və Avropa İqtisadi Birliyinin üzvüdür. Biz əvvəlki nəsillər tərəfindən yaradılanları inkişaf etdirməliyik. Erməni xalqı Zaqafqaziyada rus xalqının ən yaxın müttəfiqidir. Tarixən belə olub, ümid edirəm ki, belə də olacaq".
Rusiya prezidenti əlavə edib ki, dünyada və regiondakı real cari vəziyyəti nəzərə almaq lazımdır: "Biz bunu yaxın gələcəkdə, Paşinyanın gələn həftə gözlənilən səfəri zamanı müzakirə edəcəyik".
P.Sultanova