Həbibdən Makqreqorla döyüşmək üçün şok tələb | 1news.az | Xəbərlər
İdman

Həbibdən Makqreqorla döyüşmək üçün şok tələb

10:46 - 20 / 12 / 2018
Həbibdən Makqreqorla döyüşmək üçün şok tələb

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqora qarşı revanş döyüşünün şərtlərini açıqlayıb.

1news.az-ın Sfera.az-a istinadən verdiyi xəbərə görə, A. Nurməhəmmədov döyüşün yalnız yüksək mükafat fondunun olacağı təqdirdə keçirilə biləcəyini bildirib. 

O qeyd edib ki, mükafat fondu minimum 30 milyon dollar olmalıdır. 

"Buyurun, 30 milyon və sizinlə döyüşəcəyik. Bu, Makqreqora təklifdir. Onunla revanş üçün 15 milyon təklif edirdilər. Nəyə lazımdır? Otuz, uşaqlar, otuz”, - deyə A. Nurməhəmmədov vurğulayıb.

Qeyd edək ki, H. Nurməhəmmədov 2018-ci ilin 6 oktyabr tarixində K. Makqreqoru döyüşün dördüncü raundunda məğlub edib.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər