AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb

12:06 - 20 / 12 / 2018
AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb

AŞPA-nın 2019-cu il 21-25 yanvar tarixlərində Strasburqda keçiriləcək qış sessiyasının ilkin gündəliyi açıqlanıb.

1news.az qurumun saytına istinadla xəbər verir ki,  sessiya günlərində Gürcüstanda keçiilmiş prezident seçkiləri ilə bağlı müşahidə missiyasının hesabatı dinləniləcək,  media azadlığı, internet idarəçiliyi və insan hüquqlarına dair debatlar keçiriləcək.

Yanvarın 22-də Nazirlər Komitəsinə sədrlik edən Finlandiyanın xarici işlər naziri hesabat təqdim edəcək, bir gün sonra isə Albaniyanın  xarici işlər naziri çıxış edəcək və suallara cavab verəcək.

Sessiya çərçivəsində Ukrayna böhranı ilə bağlı təcili debat olacaq. Qadınlara qarşı ayrı-seçkilik, zorakılıq da müzakirə ediləcək mövzular sırasındadır.

P.Sultanova

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər