Paşinyanı Moskvada ciddi sınaq gözləyir | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanı Moskvada ciddi sınaq gözləyir

11:52 - 21 / 12 / 2018
Paşinyanı Moskvada ciddi sınaq gözləyir

Ermənistanın baş naziri vəzifəsini  icra edən Nikol Paşinyan Moskvaya dekabrın 27-də səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb. Səfər zamanı o, Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Qeyd edək ki, dünən Putin keçirdiyi mətbuat konfransında bu görüşün planlaşdırıldığı barədə məlumat verdi, amma tarixi açıqlamadı.

Paşinyan-Putin görüşü həm də onunla diqqəti çəkir ki, dekabrın 31-də Rusiya qazının Ermənistana tədarükü üzrə müqavilənin müddəti bitir.

Xatırladaq ki, 2016-cı il aprel ayının əvvəlində Ermənistan və Rusiya təbii qazın qiymətini min kubmetr üçün 165 dollardan 150 dollara endirilməsinə dair müqavilə imzalayıblar.

“İndi Rusiya və Ermənistan liderləri yenidən qazın qiymətini müzakirə etməlidirlər. Əslində, bu görüş Paşinyan üçün əvvəlki hakimiyyətin vaxtında  qazın qiyməti ilə bağlı əldə edilmiş razılaşmanın  dəyişməz saxlanılmasında bir sınaq olacaq", deyə nəşr yazıb.

P.Sultanova

Paylaş:
527

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər