Tətilçilər Paşinyana iki gün vaxt verdilər | 1news.az | Xəbərlər
Ermənistan

Tətilçilər Paşinyana iki gün vaxt verdilər

12:40 - 21 / 12 / 2018
Tətilçilər Paşinyana iki gün vaxt verdilər

Bu gün tətilə başlayan Ermənistanın mədəniyyət və diaspor nazirliklərinin əməkdaşları baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın ünvanına açıq məktub təqdim ediblər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, məktubda bu nazirliklərin optimallaşdırmağın, bağlamağın, yaxud digər nazirliklərin şöbələrinə daxil edilməyin mümkünsüzlüyü izah edilib.

Bununla belə, Paşinyana bazar ertəsi gününə qədər cavab verməsi və onlarla görüşməsi üçün vaxt veriblər, əks halda, tətili davam etdirəcəklərinə və yeni etiraz aksiyalarına başlayacaqlarına söz veriblər.

Xatırladaq ki, Ermənistan hökuməti nazirliklərin sayını 17-dən 11-ə endirməyi planlaşdırır. Belə ki, mədəniyyət, idman və gənclik nazirlikləri təhsil və elm nazirliyinin tərkibinə daxil ediləcək, diaspora nazirliyi isə bağlanacaq.

P.Sultanova

Paylaş:
614

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər