Ermənistanın axtarışa verdiyi Harutyunyan Rusiya vətəndaşlığı alıb
Ermənistanın Xüsusi İstintaq Xidməti Moskvadan sabiq müdafiə naziri Mikael Harutyunyan Rusiyanın vətəndaşı olmasına dair cavab alıb.
1news.az erməni mətbuaatına istinadla xəbər verir ki, bunu Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqancanyan bildirib.
"Harutyunyanın nə vaxt Rusiya vətəndaşlığını qəbul etməsinə aydınlıq gətirmək üçün əlavə bir sorğu göndərilib", deyə M. Oqancanyan bildirib.
Xatırladaq ki, M. Harutyunyan 2008-ci il martın 1-də İrəvanda baş verən hadisələrdə təqsirli bilinir.
Ermənistan dövlətlərarası axtarışda olan sabiq müdafiə nazirinin ekstradisiyasına dair Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına sorğu göndərib.
P.Sultanova
670