Zaynetdinov: Ermənistandan başqa bütün KTMT ölkələri Zasyanın namizədliyini dəstəkləyib | 1news.az | Xəbərlər
Siyasət

Zaynetdinov: Ermənistandan başqa bütün KTMT ölkələri Zasyanın namizədliyini dəstəkləyib

17:14 - 25 / 12 / 2018
Zaynetdinov: Ermənistandan başqa bütün KTMT ölkələri Zasyanın namizədliyini dəstəkləyib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) altı üzv dövlətindən beşi təşkilatın baş katibi vəzifəsinə Belarusun Təhlükəsizlik Şurasının sədri Stanislav Zasyanın namizədliyini rəsmən təsdiqləyib.

1news.az xəbər verir ki, bu barədə “Kommersant”a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.

Onun sözlərinə görə, Stanislav Zasyanın KTMT baş katibi vəzifəsinə təyin edilməsi barədə razılaşma prosesi davam edir, qərarın imzalanması fərdi olaraq təşkil edilir.

“KTMT-nin yeni  baş katibinin təyin olunması ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrində ziddiyyətli mesajların yer alması ilə bağlı Belarusun namizədinin razılaşdırma proseduru KTMT üzvü olan hər bir dövlət başçısı ilə şəxsi görüşə baş tutub”, deyə mətbuat katibi bildirib.

Zeynetdinovun sözlərinə görə, dekabrın 12-dən dekabrın 20-dək Zasyanın namizədliyini təsdiq edən Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belarus və Rusiya prezidentləri ilə görüşlər keçirilib: 

“Ermənistanın baş naziri vəzifəsini vəzifəsini icra edən şəxslə görüş daha sonra üçün təxirə salındı ​.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun göstərişi ilə təşkilatın Xarici İşlər Nazirləri Şurasının və KTŞ –nın Stanislav Zasyanın baş katibinin təyin edilməsi haqqında qərar layihəsi hazırlanıb. Sənəd KTMT Daimi Şurasının üzvlərinə baxılması üçün göndərilib".

P.Sultanova

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər