Qriqoryanı həbsdən azad edən hakim təhdid olunur | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryanı həbsdən azad edən hakim təhdid olunur

09:50 - 25 / 12 / 2018
Qriqoryanı həbsdən azad edən hakim təhdid olunur

Ermənistanın ombudsmanı Arman Tatoyan sosial şəbəkələrdə general Manvel Qriqoryan barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul etmiş hakim  David Balayana qarşı səslənən nifrət, təhqir, hətta təhdid, zorakılıq çağırışlarından narahatlığını ifadə edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, ombudsman Qriqoryanın vəkilləri və adıçəkilən şəxslərin ailə üzvlərinə qarşı təhdidlərdən də narahatlığını açıqlayıb.

Tatoyan xatırladıb ki, Ermənistan konstitusiyasına əsasən, hər hansı bir cinayət işi ədalət məhkəməsinin, hakimlərin tam müstəqilliyini tələb edir.

Qeyd edək ki, İrəvan məhkəməsi dekabrın 21-də Qriqoryanın 25 milyon dram (təxminən 51,5 min dollar) girov müqabilində azadlığa çıxması barədə qərar verib.

Bundan dərhal sonra Eçmiədzində etiraz aksiyaları başlayıb, onun yenidən həbsi tələb olunub. Aksiyalar İrəvanda da davam etdirilib.

Dekabrın 24-də isə Ermənistan Baş Prokurorluğu qərara etiraz edib. Vəkilləri Qriqoryanın ağır xəstə olduğunu bildirirlər.

Qriqoryan deputat toxunulmazlığı ləğv edildikdən sonra həbs edilib.O, qanunsuz silah saxlamaqda, başqasının əmlakını ələ keçirməkdə, hərbçilər üçün nəzərdə tutulmuş ərzağın mənimsənilməsində ittiham olunur.

P.Sultanova

Paylaş:
549

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər