Paşinyan struktur dəyişikliyi aparmaqdan ehtiyatlanır
Ermənistan hökuməti tələsik qərarlar nəticəsində bütün dövlət idarəetmə sisteminin çökə bilməsindən ehtiyat edərək, struktur dəyişiklikləri məsələsinə gedə bilmir.
1news.az xəbər verir ki, bu barədə “Jamanak” hökumətdəki yaxın mənbələrə istinadla yazıb.
"Xüsusilə, əmək və sosial məsələlər, səhiyyə nazirliklərinin birləşməsi ilə bağlı böyük narahatlıqlar var, çünki digər ölkələrin təcrübəsi bu cür sosial siyasətin hər zaman uğursuzluğa gətirib çıxardığını göstərir", - deyə nəşr yazıb.
Qeyd edək ki, bağlanılması və ya digər qurumlara birləşdirilməsi gözlənilən qurumların əməkdaşları ötən həftə etiraz aksiyalar keçiriblər, onlar Paşinyana bu məsələ ilə bağlı bir eçə gün vaxt veriblər.
P.Sultanova
649