"Vətəndaş razılaşması"nda dəyişiklik: Paşinyan Mikaelyanı əvəzləyəcək | 1news.az | Xəbərlər
Ermənistan

"Vətəndaş razılaşması"nda dəyişiklik: Paşinyan Mikaelyanı əvəzləyəcək

10:49 - 26 / 12 / 2018
"Vətəndaş razılaşması"nda dəyişiklik: Paşinyan Mikaelyanı əvəzləyəcək

Gələn ilin əvvəlində “Vətəndaş razılaşması” partiyası qurultay keçirərək digər məsələlərlə yanaşı, kadr məsələlərini, idarə heyətinin tərkibinin artırılmasını müzakirə edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, qurultaydan sonra hakim partiyanın toplantısı olacaq və orada idarə heyətinin yeni sədri seçiləcək.

“Hazırda idarə heyətinin rəhbəri Sasun Mikaelyandır, lakin böyük ehtimalla onu bu vəzifədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan əvəzləyəcək", deyə erməni  yazır.

"Vətəndaş razılaşması" partyasının mətbuat katibi Vaan Kostanyan bildirib ki, dəyişiklik nəzəri olaraq mümkündür, ancaq hazırda qeyd edilən məsələ müzakirə olunmur.

P.Sultanova

Paylaş:
702

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər