Koçaryanın həbsinin girovla əvəzlənməsinə dair müraciət edilib | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryanın həbsinin girovla əvəzlənməsinə dair müraciət edilib

10:19 - 27 / 12 / 2018
 Koçaryanın həbsinin girovla əvəzlənməsinə dair müraciət edilib

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkilləri onun barəsində girov müqabilində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məhkəməyə müraciət ediblər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri bildiriblər.

Vəkillər vəsatətə qanunun verdiyi imkanlar çərçivəsində maksimum qısa müddət ərzində baxılmasını xahiş ediblər.

Müraciətdə qeyd edilib ki, Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsindən keçən 4 ay ərzində onun tərəfindən heç bir hərəkət törədilməyib və yenidən həbs edilməsinə dair hər hansı bir əsas olmayıb.

Girovun həcminə gəlincə, vəkillər bunun məhkəmə tərəfindən müstəqil şəkildə müəyyənləşdirməyi xahiş edirlər.

P.Sultanova

Paylaş:
537

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər