İndoneziyada sunami nəticəsində ölənlərin sayı 437-yə çatıb | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 437-yə çatıb

15:23 - 01 / 01 / 2019
İndoneziyada sunami nəticəsində ölənlərin sayı 437-yə çatıb

İndoneziyanın Sumatra və Yava adalarında baş vermiş sunami nəticəsində ölənlərin sayı 437 nəfərə çatıb.

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, 14 minə yaxın insan xəsarət alıb.

Daha əvvəl 431 nəfərin öldüyü, 7,2 min insanın isə yaralandığı bildirilirdi.

Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin məlumatına əsasən, 16 nəfər itkin düşmüş sayılır.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər