İraq prezidenti Türkiyəyə səfərə gedir | 1news.az | Xəbərlər
Dünya

İraq prezidenti Türkiyəyə səfərə gedir

13:35 - 02 / 01 / 2019
İraq prezidenti Türkiyəyə səfərə gedir

İraq prezidenti Berham Saleh bu gün Türkiyəyə səfər edəcək.

1news.az xəbər verir ki, İraq prezidentinin Ankaraya səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq.

Səfəri zamanı İraq prezidentinin türkiyəli həmkarı ilə Bağdadla Ankara arasındakı əlaqələri, eyni zamanda Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri tərəfindən başalaya biləcək yeni antiterror əməliyyatlarını müzakirə edəcəyi bildirilir

Qeyd edək ki, bu, B.Salehin Türkiyəyə prezident kimi ilk səfəridir.

1news.az

 

 

Paylaş:
588

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər