“Bəbiş” həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

“Bəbiş” həbs edildi - FOTO

15:20 - 03 / 01 / 2019
“Bəbiş” həbs edildi - FOTO

Meksikada "Bəbiş" ləqəbli qadın narkobaron Erika Alias həbs edilib.

1news.az-ın Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, Meksikanın Guerrero bölgəsində "La Nena" (Bəbiş) ləqəbli Erika Alias, həmçinin hərac kəsmə, adam oğurluğu, soyğunçuluq kimi cinayətlərdə ittiham olunur.

Meksika Sülh Koordinasiya Qrupunun sözcüsü Roberto lvarez Heredia Aliasın ölkənin şimalındakı kriminal qruplaşmaların idarəçiliyini ələ keçirdiyini bildirib.

Alias 15 qrupu birləşdirərək Guerrero bölgəsində xaşxaş istehsalına nəzarət etmək üçün digər qruplara müharibə elan etmişdi. Bu da bölgədə gərginliyi daha da artırmışdı. Alias qəddarlığı ilə Enedina Arellano, Sandra Vila və Delia Patrisa Buenda kimi narkobaronları geridə qoyub.

1news.az

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər