Ermənistan BMT-nin ən kasıb ölkəsidir | 1news.az | Xəbərlər
Dünya

Ermənistan BMT-nin ən kasıb ölkəsidir

14:59 - 04 / 01 / 2019
Ermənistan BMT-nin ən kasıb ölkəsidir

BMT Baş Assambleyası növbəti üç il üçün təşkilatın xərcləri, üzv ölkələrinin büdcəsinə verəcəyi töhfələri açıqlayıb.

1news.az xəbər verir ki,  qərara əsasən,  ABŞ əvvəlki kimi BMT-nin bütün xərclərinin 22 faizini ödəməyə davam edəcəkdir.  Bir çox onilliklər ərzində ilk dəfə olaraq  Çin Yaponiyanı qabaqlayaraq BMT-nin büdcəsi üçün ikinci böyük ödəyici oldu. Pekin BMT-nin mütəmadi büdcəsinin 12 faizindən çoxunu əhatə edəcək.

Hər bir ölkənin təşkilatın ümumi xərclərinin müəyyən bir hissəsini ödəməlidir, ən böyük ölkələr üçün 22%, ən kasıblar üçün isə ən azı 0.01% ödəmə nəzərdə tutulub.

Ən böyük sponsorlar arasında Yaponiya (8.564%), Almaniya (7%) və Fransa (4.427%) var. Rusiya (2.405%) səkkizinci yerdədir.

Keçmiş sovet ittifaqı ərazisində ən böyük yük Qazaxıstanın payına düşür - 0,187 faiz, qalan hamısı isə 0,1 faizdən az olmayaraq vəsait ödəyəvcək.

Azərbaycan BMT-nin büdcəsinin 0,049 faizini, Gürcüstanı - 0,008 faiz, Ermənistan - 0,007 faizini təmin etməlidir. Beləliklə, Gürcüstan və Ermənistan BMT-nin ən kasıb ölkələridir.

P.Sultanova

 

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər