QHT sədrindən Paşinyana ittiham: məhbuslara qarşı pis münasibət dəyişməyib
Ermənistanın "Jurnalistlər insan hüquqları naminə" QHT-nin sədri Janna Aleksanyan məhkumlara qarşı əvvəldən mövcud olan pis münasibətin dəyişmədiyini bəyan edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, Nubaraşen həbsxanasında ömürlük həbs cəzası almış Armenak Mncoyanın səhhətinin kritik həddə çatdığını əlavə edib.
“Bu gün öyrəndim ki, ömürlük həbs cəzası almış Armenak Mncoyanın vəziyyəti pisləşib. Ermənistan həbsxanalarında yeganə və dəyişməz tibbi yardım ağrıkəsici inyeksiyaların tətbiq olunmasıdır. Təbii ki, bununla məhbusun vəziyyəti yaxşılaşmır. Təcili tibbi yardımın çağırılması və onun xəstəxanaya aparılması üçün bir saat vaxt getdi”.
Armenak Mncoyanın ürəyində problem var və bunu yaxşı bilirlər. Həbsxanada tibbi yardım göstərməyin mümkünsüzlüyü də məlumdur. Belə olan halda, niyə təcili yardım dərhal çağırılmadı?", - deyə QHT sədri bildirib.
Onun sözlərinə görə, bunun tək bir cavabı var: məhkumlara qarşı indiki hakimiyyətin də münasibət dəyişməyib: "Armenak Mncoyan 25 ildir həbsdədir”.
P.Sultanova