Erməni polisi hava limanında cinayətdə şübhəli bilinən şəxsi saxlayıb
Ermənistan polisi "Zvartnots" beynəlxalq aeroportunda Ararat bölgəsində iki nəfərə atəş açaraq yaralayan 27 yaşlı Jora Qasparyanı saxlayıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, polis yanvarın 7-də saat 22: 30-da onu saxlamaq üçün əməliyyat keçirib və ölkədən qaçmaq cəhdinin qarşısını alıb.
Daha əvvəl məlumat verildiyi kimi Qasparyan Ararat rayonunda ov tüfəngi ilə öz avtomobilindəın atəş açaraq iki nəfəri yaralayıb. Həmin şəxslər 67 yaşındakı Qenzel Simonyan və oğlu 32 yaşlı Saruhan Simonyandır.
Hadisə yerindən qaçan Qasparyan barəsində axtarış elan edilmişdi.
Faktla bağlı cinayət işi açılıb.
P.Sultanova
640