Safaryan: Gey və lezbiyanların qəbul edilməməsi Ermənistanda turizmin inkişafına mane olur | 1news.az | Xəbərlər
Ermənistan

Safaryan: Gey və lezbiyanların qəbul edilməməsi Ermənistanda turizmin inkişafına mane olur

11:32 - 09 / 01 / 2019
Safaryan: Gey və lezbiyanların qəbul edilməməsi Ermənistanda turizmin inkişafına mane olur

Ermənistanın erməni dəyərlərinə güvənərək Gürcüstanın turizm uğurlarını təkrarlaması mümkün deyil.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu  Ermənistan Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Safaryan deyib.

Ermənistanda turizmin inkişafına nəyin mane olmasından danışan Safaryan əlavə edib ki, qonşu Gürcüstanda turizmin daim artması ümumi kompleks faktor və səbəblərin nəticəsidir: ölkənin reklamı və onun dəyərləri çox vacibdir, kommunikasiyaların inkişafı, liberal və siyasi azadlıqlar, ənənəvi Gürcüstan qonaqpərvərliyi və s.

"Eyni zamanda, hətta mənə - turizm sektoru ilə birbaşa əlaqəsi olmayan bir şəxsə, aydındır ki, bütün yuxarıda göstərilənlərdən Ermənistan bəhrələnə bilməz. 

Ermənistan və “Artsax”da  (Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisi) turistlərə münasibətdə xarici və mənəvi görünüşlə bağlı bir sıra psixoloji filtrlərlər və komplekslər var.

“Onlar gey və lezbiyan olmamalı, içməməli, qüsursuz geyinməli, yəni cəlbedici geyimdə olmamalı, pis davranışlara yol verməməlidirlər. 

Yuxarıda göstərilən meyarlardan başqa, üstəlik biz ölkəmizdə "hindiləri, ərəbləri, iranlıları, rusları, hətta avropalıları və amerikalıları" görmək istəmirik”.

P.Sultanova

 

Paylaş:
659

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər