Paşinyanın yeni planı: Ter-Petrosyan prezident olacaq | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın yeni planı: Ter-Petrosyan prezident olacaq

10:54 - 10 / 01 / 2019
Paşinyanın yeni planı: Ter-Petrosyan prezident olacaq

Ermənistan hökumətində prezident Armen Sarkisyanın istefası yenidən aktiv müzakirə edilir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Armen Sarkisyanla işləmək istəmir və ondan xilas omaq üçün yollar axtarır.

“Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həllində ona kömək edəcək bir insana lazımdır. Sabiq prezident Levon Ter-Petrosyan bu problemin həlli baxımından yeni hökumət üçün ən yaxşı seçimdir. Hakim elitada məhz  onun namizədliyi müzakirə edilir.

Ter-Petrosyanın vəzifəyə gətirilməsindən sonra onun səlahiyyətlərinin genişləndirilməsi və xarici siyasətlə məşğul ola bilməsi üçün konstitusiyada düzəlişlər ediləcəyi planlaşdırılır.

Levon Ter-Petrosyanın komandası da bu variantı aktiv müzakirə edir”, deyə erməni mətbuatı yazır.

P.Sultanova

 

Paylaş:
503

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər