Məşhur tennisçi zədə səbəbindən karyerasını başa vurur
Dünyanın keçmiş bir nömrəli raketkası, Böyük dəbilqə turnirlərinin üçqat qalibi, ikiqat Olimpiya çempionu Endi Marrey karyerasına son qoyur.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, britaniyalı raket ustasının belə qərar qəbul etməsinə səbəb baldırındakı zədədir. 31 yaşlı idmançının sözlərinə görə, o, Uimboldan turnirində iştirak etdikdən sonra karyerasını bitirməyi düşünsə də, daha 4-5 ay baldır zədəsi ilə oynaya biləcəyinə əmin deyil.
Qeyd edək ki, keçən ilin yanvar ayında Marrey baldırından əməliyyat olunub və il ərzində ancaq 12 görüşdə korta çıxıb.
1news.az
521