Lavrov: Bakının Qarabağ münaqişəsinin həllinin tapılmasına hazır olması bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edirik | 1news.az | Xəbərlər
Siyasət

Lavrov: Bakının Qarabağ münaqişəsinin həllinin tapılmasına hazır olması bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edirik

15:40 - 16 / 01 / 2019
Lavrov: Bakının Qarabağ münaqişəsinin həllinin tapılmasına hazır olması bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edirik

Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.

1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

S.Lavrov bildirib: “Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də, Dağlıq Qarabağ nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Bu ay Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə növbəti görüşü planlaşdırılır. Fikrimcə, bu istiqamətdə də artıq köhnəlmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədrlər qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək münaqişənin nizamlanmasına kömək göstərə biləcəyik. Fikirləşirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək”.

1news.az

 

Paylaş:
408

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər