Qriqoryan Fransaya getmək istəyir | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryan Fransaya getmək istəyir

11:33 - 16 / 01 / 2019
Qriqoryan Fransaya getmək istəyir

Ermənistanın sabiq millət vəkili, general Manvel Qriqoryan müalicə almaq üçün Fransaya getmək istəyir.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.

Məlumata görə, Qriqoryan müxtəlif vasitəçilərin köməyi ilə deputatlara müraciət edərək onun ölkədən çıxışına qadağanın götürülməsi üçün Xüsusi İstintaq xidmətinə müraciət etmələrini xahiş edib.

Lakin deputatlar reytinqlərindən qorxaraq müraciəti imzalamağa meyilli deyillər.

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən Qriqoryanı İrəvan məhkəməsi dekabrın 21-də 25 milyon dram (təxminən 51,5 min dollar) girov müqabilində azadlığa buraxıb.

Qriqoryan deputat toxunulmazlığı ləğv edildikdən sonra həbs edilib. O, qanunsuz silah saxlamaqda, başqasının əmlakını ələ keçirməkdə, hərbçilər üçün nəzərdə tutulmuş ərzağın mənimsənilməsində ittiham olunur.

P.Sultanova

 

Paylaş:
573

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər