Ermənistanda dövlət qurumları vətəndaşların şikayətlərinə baxmır
Ermənistan vətəndaşlarının dövlət qurumlarına şikayətlərinin cavabsız qalması halları iki dəfə artıb.
1news.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı bu ölkənin ombudsman aparatına istinadla məlumat yayıb.
Qeyd edilib ki, əgər 2016-cı ildə şikayətlərin cavabsız qalması ilə bağlı 38 hal qeydə alınmışdısa, 2017-ci ildə bu göstərici 46, 2018-ci ildə isə 109-a çatıb.
Şikayətlərin əsas hissəsi Müdafiə, Ədliyyə və Səhiyyə nazirlikləri, hökumət aparatı, İstintaq Komitəsi, polis, prokurorluq və Yerevan meriyasına ünvanlanıb.
1news.az
562