İskəndəryan: Rusiya-Ermənistan əlaqələrində çətinliklər var | 1news.az | Xəbərlər
Ermənistan

İskəndəryan: Rusiya-Ermənistan əlaqələrində çətinliklər var

16:32 - 24 / 01 / 2019
İskəndəryan: Rusiya-Ermənistan əlaqələrində çətinliklər var

Rusiya-Ermənistan əlaqələrində çətinliklər müşahidə olunur. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu  Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, bu, Ermənistanda hakimiyyət dəyişikliyi nəzərə alınsa, başadüşüləndir.

"Hökumətdə yeni simalar ortaya çıxıb və onlar müəyyən səbəblər üzündən Moskvanın sevmədiyi səhvlərə yol verirlər. Ancaq, o da nəzərə alınmalıdır ki, istənilən münasibətdə hətta müttəfiq əlaqələrində zaman-zaman böhran müşahidə oluna bilir”, İskəndəryan əlavə edib.

Erməni politoloq vurğulayıb ki, çətinliklər Serj Sarkisyanın prezidentliyi dövründə meydana gəlmişdi, lakin erməni cəmiyyətində həmin əlaqələrin guya ideal olmasına dair bir düşüncə var.

P.S

Paylaş:
527

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər